HAQQIMIZDA
Hanoğlu Baklava & Lokum
10.09.2021-ci ildə Hanoğlu MMC olaraq fəaliyyətə başlamış “Hanoğlu Baklava & Lokum”, bu gün də öz istehsalını davam etdirir.
Paxlava istehsalının incəliklərini mahir ustalardan alan və bunu ənənəvi hala gətirən komandamız, həm türk, həm də azərbaycanlı vətəndaşlardan ibarətdir.
Fıstıq, Türkiyənin Gaziantep bölgəsində istehsalatçıdan birbaşa alınaraq, içliyi qabığı qırılmış formada Azərbaycana gətirilir və məhsullarımızda istifadə edilir.
Paxlavalar kərəyağından hazırlanır və tərkibində qlükoza yoxdur. Təbii və keyfiyyətli məhsullardan hazırlandığı üçün mədədə narahatlıq hissi yaratmır.
Tam keyfiyyətli və təbii tərkibə məxsus paxlavalarımızın damaq zövqünüzə xitab etməsi üçün, davamlı olaraq fəaliyyətimizi təkmilləşdirməyə çalışırıq.